Lənkəran limanı yaxınlığında qəzaya uğrayan İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru - yük gəmisində xilas edilən 9 nəfər heyət üzvü Bakıya gətirilib.
Modern.az APA-ya istinadən xəbər verir ki, heyət üzvləri Dövlət Sərhəd Xidmətinin (DSX) gözətçi gəmisi ilə Bakı Limanına gətirilib.
Hazırda heyət üzvləri DSX-nin Hərbi Hospitalının həkimləri tərəfindən müayinə edilir.