Modern.az

Bakıda ölümlə nəticələnən avtomobil qəzası olub

Bakıda ölümlə nəticələnən avtomobil qəzası olub

Aktual

7 Sentyabr 2019, 12:29

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 6-da saat 9 radələrində Xətai rayonunun M.Hadi küçəsində  Q.Ramazanovun və O.Süleymanovun idarə etdikləri iki "Mercedes” markalı avtomobil toqquşub.
 
Nəticədə O.Süleymanovun sərnişini olan həyat yoldaşı Reyhan Süleymanova hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi