Modern.az

Azərbaycanda daha bir DƏHŞƏTLİ QƏZA: 4 ölü, 2 yaralı - YENİLƏNİB

Azərbaycanda daha bir DƏHŞƏTLİ QƏZA: 4 ölü, 2 yaralı - YENİLƏNİB

Aktual

7 Sentyabr 2019, 22:16

Neftçala rayonunda avtomobil qəzası zamanı xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, qəzaya uğramış "Mercedes" markalı avtomobilin sürücüsü Habil Həşimov həkimlərin tibbi yardımlarına baxmyaraq, xəstəxanada keçinib. Buna qədər onun vəziyyətinin ağır olduğu deyilirdi.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Qeyd edək ki, yol qəzası rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

“Mercedes” və “Lexus” markalı minik avtomobilləri toqquşub, nəticədə “Lexus” markalı avtomobildə olan Bakı şəhər sakinləri, 1961-ci il təvəllüdlü Xanlar Ayaz oğlu Xankişiyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Mərviyyə Qurban qızı Səmədova, “Mercedes” markalı avtomobildə olan Neftçala rayon sakini, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova hadisə yerində ölüblər.

“Mercedes”in sürücüsü Habil Ələkbərov və daha 2 nəfər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. H. Ələkbərovun vəziyyəti ağırdır.  

Faktla bağlı araşdırma aparılır.

 

***

 

Neftçala rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün günorta saatlarında Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Mersedes” və “Lexus” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı