Modern.az

Bakıda HADİSƏ: 8 bina qazsız qaldı

Bakıda HADİSƏ: 8 bina qazsız qaldı

Aktual

2 Noyabr 2019, 21:49

Bu gün ölkə ərazisində əsən güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib. “Azəriqaz”dan Modern.az-a bildirlib ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 ünvanında irigövdəli ağac 100 mm diametrində qaz xəttinin üzərinə aşıb. Nəticədə 8 beşmərtəbəli binada qaz təchizatı dayandırılıb. Sabunçu rayonu Ramana qəsəbəsi südcülük sovxozu yaşayış massivində daş hasar sayğaclara qoşulu bir neçə müxtəlif diametrli qaz xəttinin üzərinə aşıb. Bu hadisə 200 abonentin qaz teminatında fasilə yaranmasına səbəb olub. “Azəriqaz” İstehsalat Birliyinin əlaqədar qurumları bu fəsadların aradan qaldırılması üçün xüsusi rejimdə çalışır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı