Modern.az

Dilimizi qoruyaq...

Dilimizi qoruyaq...

Aktual

29 Noyabr 2019, 13:42

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danişmağımla fəxr edirəm.”

Ümumimilli liderimiz, Heydər Əliyev


                                                                         
Biz- azərbaycanlıları, birləşdirən ən böyük dəyərlərimizdən biridir dilimiz. Ulu babalarımızın bizə miras qoyduğu bir xəzinədir dilimiz. Bu xəzinəyə sahib çıxmaq, onu  qoruyub gələcək nəsillərə ötürmək isə hər birimizin borcudur. Böyük sənəktarlarımız dilin bir xalqın formalaşmasında önəmli rol daşıdığını öz bədii və elmi əsərlərində vurğulamışlar.  Görkəmli şair Xəlil Rza Ulutürkün şeirlərindən bir parçanı yada salaq:

İllər ötdü, yaşa doldum,
Anladım ki, ana dilim,
Ürəyimdən çıxmaz mənim,
Doğransam da dilim-dilim.


Ümummilli liderimiz Heydər Əliyev də çıxışlarında dəfələrlə Azərbaycan dilinə olan sevgisini vurğulayıb, Azərbaycan dilinin tədrisinin möhkəmləndirilməsi ilə əlaqədar müxtəlif layihələrin həyata keçirilməsinə göstəriş verib, qanunlar imzalayıb. Həmçinin Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev 9 aprel 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dilimizin inkişafına göstərilən dövlət qayğısı sonsuzdur. Məhz bu qayğının nəticəsi olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi Təhsildə “İnkişaf və İnnovasiyalar üzrə” III qrant müsabiqəsinin  qalibi olub “Milli Azərbaycan dili Testi (MATS)” layihəsinin reallaşmasına imkan yaranıb.  Bir vətəndaş olaraq bu layihəni həyata keçirtməkdə məqsədimiz Azərbaycan dilinin tədrisinə olan marağı və tələbi daha da möhkəmləndirməkdir.   


Layihə çərçivəsində müxtəlif qiymətləndirmə mexanizmlərinin iş prinsipini araşdırilaraq yeni bir konsepsiya işlənilib.  Aparılan tədqiqatların nəticəsi  barədə kitab çap olunmaqdadır. Layihəşagirdlər tərəfindən də çox müsbət qarşılanıb. Tətbiq olunan qiymətləndirmə modelinin yoxlanılması məqsədilə Xətai rayonu 17 və 64 nömrəli tam orta məktəblərdə IX-X sinif şagirdləri imtahana çəlb olunub. 14 və 27 noyabr tarixlərində keçirilən imtahanda 200-ə yaxın namizəd iştirak edib.“MATS” layihəsinin nəinki şagirdlərə, həmçinin Azərbaycan vətəndaşlığı almaq istəyən xarici vətəndaşlara da tətbiq olunması Azərbaycan dilinə olan tələbin daha da möhkəmləndirilməsinə səbəb olar. Ümid edirik ki, irəli sürülən bu layihə Azərbaycan dilinin tədrisinin inkişafına bir töhfə verəcəkdir.

 

Allahverdiyeva Könül Rafiz qızı


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı