Modern.az

Bakıda yanğın: 2 azyaşlı öldü

Bakıda yanğın: 2 azyaşlı öldü

Aktual

29 Noyabr 2019, 22:13

Bakı şəhərində fərdi yaşayış evində yanğın olub.

Modern.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində qeydə alınıb.

 Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə  Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı iki azyaşlı tüstüdən zəhərlənib. Onlar xəstəxanaya aparılarkən yolda ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...