Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belçikada görüşlərini davam etdirir.
Modern.az xəbər verir ki, bu barədə T.Gəncəliyev “Twitter”də yazıb.
Onun sözlərinə görə, nümayəndə heyəti Belçikada bir sıra mühüm görüşlər keçirib.
Avronest Parlament Assambleyasının sədri və digər rəsmilərlə görüşdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti müzakirə olunub.