Modern.az

AZƏRTAC-ın fotomüxbiri beynəlxalq mükafat aldı

AZƏRTAC-ın fotomüxbiri beynəlxalq mükafat aldı

Aktual

5 Dekabr 2019, 11:22

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Serbiyada keçirilən  “Through the Viewfinder 2019”  beynəlxalq fotomüsabiqəsinin xüsusi mükafatını qazanıb.
Modern.az xəbər verir ki, 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarında çəkilmiş “İşıq projektorları” fotosuna  görə o, “Master of Light”  qızıl nişanına layiq görülüb. Bu  şəkil beynəlxalq Foto Sənəti Federasiyasının (FİAP) himayəsi altında keçirilən və “Master Of Light” Beynəlxalq Foto Assosiasiyasının (MOL PA) standartlarına cavab verən fotomüsabiqənin ən yaxşı  fotosu hesab edilib. Bu mükafatı ona MOL PA  prezidenti  Janko Jerinicin sədrliyi ilə münsiflər heyəti verib.

Qeyd edək ki, fotomüsabiqəyə dünyanın 58 ölkəsindən 252 müəllifin 5194 fotosu qəbul edilmişdir.

 Master of Light Photographic Association - Kanadanın Vancuver şəhərində yerləşən beynəlxalq təşkilatdır. Onun məqsədi üslubundan, janrından və ifa texnikasından asılı olmayaraq, foto sənətini bütün dünyada təbliğ etmək və populyarlaşdırmaqdır.

Bununla yanaşı, fotomüxbirin digər dörd fotosu Belçika, Lüksemburq və Serbiyada  “Babel Photographic Circuit 2019”  və  “BELGRADE PHOTO AUTUMN 2019” beynəlxalq foto müsabiqələrinin mükafatlarını əldə edib. CEF (İspaniya fotoqrafları Konfederasiyası) diplomuna "Məşqçinin sevinci",  “Global  Photographic Union”un fəxri  lentinə  isə  "Qeyri-adi tullanma "  fotoları layiq görülmüşdür.  Digər iki foto  "Güləşçi fəndi" və "Batutda tullanma"  salonların fəxri lentlərini qazanıb.  Bu şəkillər 2016-cı ildə Braziliyada keçirilən Olimpiya və Paralimpiya oyunlarında, eləcə də 2017-ci ilin fevralında Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda çəkilib.

 

                  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı