Modern.az

Əbülfəs Qarayev və müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək 

Əbülfəs Qarayev və müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək 

Aktual

5 Dekabr 2019, 11:22

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin dekabr ayının 17-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Saatlı rayon Mədəniyyət Mərkəzində (Saatlı şəhər, Heydər Əliyev prospekti, 127) Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

 

Modern.az xəbər verir ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 7) Hacıqabul rayonundan olan vətəndaşları qəbul edəcək.

 

2019-cu ilin dekabr ayının 24-də saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şirvan şəhər Heydər Əliyev Mərkəzində (Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti, 8 ) Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

 

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

 

Sıra

№-si

Şəhər (rayon)

Əlaqələndirici

şəxs

Əlaqə

telefonu

1

Saatlı rayonu

Şərqiyyə Şahpələngova

050-381-14-89

021-285-20-53

2

Sabirabad rayonu

Telman Əzimov

050-418-03-40

021-235-62-26

3

Hacıqabul rayonu

Elnur Əmiraslanov

050-214-12-08

021-204-10-06

4

Şirvan şəhəri

Əziz Abbasov

050-347-96-66

021-215-02-12

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı