Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunan və dünyada böyük maraqla qarşılanan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi son beş ay ərzində 21-ci mükafatı alıb.
Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüsseri, “SSP Production”un rəhbəri Cəlaləddin Qasımov məlumat verib.
Onun sözlərinə görə, film son bir ayda dörd müxtəlif festivalda uğur qazanıb:
“1. Türkiyənin Marmaris şəhərində keçirilən festivalda “Nobel qardaşlarının ilk uğuru” filmi də müsabiqə proqramına seçilib. Filmi festivalın “Böyük ekranda səhnələşdirilb” sertifikatına layiq görülüb.
“Nobel qardaşlarının ilk uğuru” sənədli filmini istehsal etməkdə məqsədim Nobel qardaşlarının ilk uğurunu Azərbaycanda əldə etdirklərini düyaya çatdırmaqdır. Çünki dünyada çox az insanlar bilirlər ki, Nobel qardaşlarını varı haradan və necə əldə ediblər. Bu film Nobel qardaşlarının Bakıdakı fəaliyətindən bəhs edir. Bu ekran əsəri oktyabr ayında on dörd müxtəlif beynəlxalq festivaldan dəvət almışdı. Təəssüflər olsun ki, heç birində iştirak edə bilmədim. Lakin buna baxmayaraq, film müxtəlif mükafatlara layiq görüldü”.
C.Qasımovun sözlərinə görə, “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. Filmin çəkilişləri 2019-cu ildə başa çatıb. Sənədli filmin redaktoru Əkbər Qoşalıdır. Mətni sevimli diktorumuz Eldost Bayram oxuyub:
“Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Son bir ildə 93-cü mükafatı qazandıq. Bu təkcə bizim uğurumuz deyil, eyni zamanda Azərbaycanın, Azərbaycan mədəniyyətinin uğurudur. Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, ölkəmizi dünyada tanıtmaq üçün filmlər çəkirik. Qeyd edim ki, filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik”.