Modern.az

"EuroHome”da yanğın ocaqlarının söküntüsü və soyudulması işləri aparılır - FHN

Aktual

10 Dekabr 2019, 14:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən "EuroHome” tikinti materialları bazarında söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir.

 

Bu barədə Modern.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

 

“Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün FHN-in müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir”, - deyə Nazirliyin məlumatında qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı