Modern.az

“Qədim və gözəl Qarabağ”ın təqdimatı olacaq

“Qədim və gözəl Qarabağ”ın təqdimatı olacaq

Aktual

13 Dekabr 2019, 16:37

Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi uğurla davam edir.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu seriyanın yeni nəşrləri olan “Azərbaycan inciləri”, “Gəncə - Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” adlı kitabların təqdimat mərasimi keçiriləcək.

 

Təqdimat mərasimi 16 dekabr saat 16:00-da “JW Marriot” hotelinin “Şərq” zalında təşkil olunacaq.

 

Qeyd edək ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsirlərin salnaməsi” adlı kitablar nəşr olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı