Modern.az

İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU

İstirahət günlərində səyahətə çıxanlar üçün hava PROQNOZU

Aktual

13 Dekabr 2019, 17:10

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən Modern.az-a verilən məlumatına görə, Böyük və Kiçik Qafqazdahava əsasən yağmursuz keçəcək.

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.

 

Lənkəran-Astara zonasındahava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 5-8, gündüz 8-12, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

 

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

 

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.

 

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 2 dərəcəşaxtadan 3 dərəcəyədək isti, dağlqı ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

 

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

 

Mülayim cənub küləyi əsəcək.Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq.     

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı