Modern.az

38 yaşlı kişi ürəyindən bıçaqlandı

38 yaşlı kişi ürəyindən bıçaqlandı

Aktual

16 Dekabr 2019, 22:49

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Texnologiya Kollecinin yaxınlığında qeydə alınıb.

Belə ki, Şuşa rayonundan məcburi köçkün, 1981-ci il təvəllüdlü Əmirov Azər Sabir oğlu Göyçay rayon sakini, 1994-cü il təvəllüdlü Həsrətov Kamil tərəfindən ürək nahiyəsindən 1 bıçaq zərbəsi alıb.

Yaralı rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyət ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi