Balakən və Saatlı rayonlarında yanğın hadisəsi baş verib.
Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Balakən rayonunun Xalatala kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Saatlı rayonunun Çolpı kəndində isə ümumi sahəsi 56 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və 1 otağına yığılan 1.2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.