Modern.az

Dövlət Əmək Müfəttişliyinin Bakı İdarəsi yaradıldı

Dövlət Əmək Müfəttişliyinin Bakı İdarəsi yaradıldı

Aktual

17 Dekabr 2019, 11:53

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin paytaxtdakı 1, 2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin bazasında Xidmətin Bakı şəhər İdarəsi yaradılıb.  


Nazirlikdən Modern.az-a bildirilib ki, Məqsəd Dövlət Əmək Müfəttişliyi Xidmətinin strukturunun optimallaşdırılması və qurumun idarəetməsinin yaxşılaşdırılması,  yerli qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.


Əmrlə həmçinin Xidmətin yerli orqanları haqqında Əsasnamə və Xidmətin strukturu da təsdiq edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı