Modern.az

UEFA Azərbaycanın 4 klubuna pul ayırdı

UEFA Azərbaycanın 4 klubuna pul ayırdı

Aktual

17 Dekabr 2019, 14:23

2018-2019-cu il mövsümündə UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştiraka görə Avropa futbol qurumu tərəfindən ayrılmış 85 min 280 avro vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb. 

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, "Qarabağ"a 51 min 920 avro, "Neftçi", "Qəbələ" və "Keşlə"nin hər birinə isə 11 min 120 avro ödənilib. 

 

“Keşlə” klubu üçün nəzərdə tutulan vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!