Modern.az

Azərbaycan sevdalısı nüfuzlu diplomata iki önəmli mükafat verildi -FOTOLAR

Azərbaycan sevdalısı nüfuzlu diplomata iki önəmli mükafat verildi -FOTOLAR

Aktual

17 Dekabr 2019, 16:02
  • Bakıda “16-cı İpək Yolu Azərbaycan” Müvəffəqiyyət Mükafatlandırma Mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, “Park İnn Baku” hoteldə “İpək Yolu” Strateji Tədqiqatlar Mərkəzi tərəfindən “16-cı İpək Yolu Azərbaycan” Müvəffəqiyyət Mükafatlandırma Mərasimi baş tutub. Hər il Türkiyədə baş tutan mükafatlandırma mərasimi bu il ilk dəfə olaraq Bakıda keçirilib.

 

Tədbirdə Türkiyənin Azərbaycandakı  və Moldovadakı sabiq səfiri Hülusi Kılıç, Türkiyənin tanınmış siyasi-ictimai xadimləri, Azərbaycan Milli Məclisinin deputatları, ölkənin QHT rəhbərləri, media qurumlarının nümayəndələri, dövlət və ictimai xadimlər və mədəniyyət nümayəndələri iştirak ediblər. 

 

Bu ilki mükafatlandırma mərasimində Türkiyənin Azərbaycandakı sabiq səfiri, nüfuzlu diplomat Hülusi Kılıça da Türk dünyasında dövlətçiliyin və mədəniyyətin inkişafında göstərdiyi böyük xidmətlərə görə  mükafat təqdim edilib.

   

Daha sonra Beynəlxalq aləmdə tanınmış elm xadimi, professor Elçin İsgəndərzadə Hulusi Kılıça "Fəxri Doktor" mükafatı təqdim edib.

 

Elçin İsgəndərzadə diplomata göstərdiyi xidmətlərə görə təşəkkür edib, Bundan sonra ki, fəaliyyətlərində uğurlar arzu edib:

 

""Fəxri Doktor" mükafatı ilk dəfədir ki, ölkəmizdə əməyi keçən bir diplomata təqdim edirəm. Buna görə, Hulusi bəyi təbrik edirəm. Hamımız gördük və bildik ki, onun Türk və Azərbaycan əlaqələrində əməyi olduqca böyük oldu.Cənap prezidentimizdə bunu çox gözəl dəyərləndirdi. Hörmətli səfirimiz həmdə Moldovada gördüyü işlərə, qurduğu əlaqələrə görə də Moldova prezidenti tərəfindəndə "Şərəf" ordeninə layiq görülüb.  Burda əyləşənlərə bildirmək istəyirəm ki, Hulusi  bəy Strazburg unuversitetinin məzunu olub. Məncə bu mükafatın biridə onlardan gəlməlidir. Onlar Hulusi bəyin gördüyü islərdən qürur duymalıdırlar  Bunları qiymətləndirmək lazım idi. Bəlkədə gec oldu. Amma biz Vektor Beynəlxalq Elmlər Akademiyası olaraq bunu etdik. Bir daha Hulusi bəyi təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirəm.

 

Hulusi Kılıç ilk olaraq zalda əyləşənləri salamlayıb və mükafat alanları təbrik edib.

 

O bildirib ki, bu mükafatın dəyəri onun üçün böyükdür:

 

 
"Bu mükafat üçün təşəkkür edirəm. Eyni zamanda bu mükafatın ağırlığını, sorununu da yaşamaq çox önəmlidir. Gerçəkdən bura mənim vətənimdir. Mən gerçəkdən də çox mutluyam. Ömrümün sonuna qədər hər zaman Azərbaycanın mənfəətləri və Türk dünyası üçün çalışacam.
Səfir kimi 5 ilə yaxın Azərbaycanda işlədim. Prezident İlham Əliyev bu xidmətlərimi görüb məni "Dostluq” ordeni ilə təltif etdi. Buna görə hər zaman Cənab prezident İlham Əliyevə minnətdaram. Mən bu ordenə layiq görülən Türkiyənin Azərbaycandakı ilk səfiriyəm. Bu ordeni həmişə ürəyimin başında gəzdirirəm. O zaman: «Mənim Azərbaycanda səfirlik vəzifəm bitir. Ancaq harada oluramsa-olum bir millətin səfiri olacağam» - deyə söz verdim. Fəaliyyətimi izləyərkən gördünüz ki,  Moldovada da bir millətin səfiri kimi işlədim. Azərbaycan mənim sevdamdir, eşqimdir ve bu belə də qalacaq. Bunu belə də bilin. Hər birinizə təşəkkür edirəm. Böyük xidmət göstərib bizləri təkrar görüşürdünüz ".(Moderator.az)
 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı