Modern.az

ABŞ səfiri Şirvan Milli Parkını gəzib

ABŞ səfiri Şirvan Milli Parkını gəzib

Aktual

17 Dekabr 2019, 16:46

Dekabrın 17-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Salyan rayonuna səfər edib, Salyan Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov ilə görüşüb, Şirvan Milli Parkını gəzib və yerli tələbələrlə görüşmək üçün Salyan Amerika Guşəsini ziyarət edib.

 

ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Şirvan Milli Parkında Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş ceyran kimi nadir növlərin və qışda bataqlıq ərazilərdə yuva qurmaq üçün buraya köçən gözəl flaminqoların olması səfirdə böyük təəssürat oyadıb. Səfir flora və faunanın özlüyündə mühafizəsinin vacibliyini, həmçinin Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və turizm imkanlarının inkişaf etdirilməsi səylərinin bir hissəsi olaraq qorunmasının önəmini vurğulayıb və Milli Parkların bu missiyadakı rolunu yüksək qiymətləndirib.

 

Səfir Litzenberger Salyan Mərkəzi Kitabxanasında yerləşən Salyan Amerika Guşəsinə baş çəkərək ərazidəki ibtidai və orta məktəb uşaqları ilə görüşüb.

İngilis dilində aparılan söhbət zamanı uşaqlar səfirə Amerika Birləşmiş Ştatları, iki ölkə arasındakı fərqlər və oxşarlıqlar barədə sual vermək şansı əldə ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı