Modern.az

Ermənilərdən Azərbaycana “qlobus təxribatı”

Ermənilərdən Azərbaycana “qlobus təxribatı”

Aktual

17 Dekabr 2019, 18:13

Erməni fəallarından biri sosial şəbəkə hesabında qlobus şəkli paylaşaraq Azərbaycanda Çindən gətirilən qlobuslardan istifadə olunduğunu bildirib. Guya ki, həmin qlobuslarda Naxçıvan Muxtar Respublikasının və Qarabağın Ermənistana məxsus ərazi olduğu göstərilir.

Maraqlıdır, doğurdanmı Azərbaycanın orta məktəblərində erməni tərəfinin iddia etdiyi qlobuslardan istifadə edilir?

Məsələ ilə bağlı Modern.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov irəli sürülən fikrin tamamilə yalan olduğunu bildirib:


“Düşünürəm ki, bu, ermənilərin Azərbaycana yönələn növbəti təxribatlarındandır. Ermənilər həmişə yalan danışmağı bacarır, neyləmək olar?! Qarabağ ərazisi mübahisəli məsələ olaraq qalır. Ermənilər həm işğalçıdır, həm də mövcud problemi həll etmək istəməyib onu uzadandır. Onlar həmişə bizi danışdırmaq, səs-küy yaratmaq üçün bu tip məsələləri ortaya atır. Mən indiyədək belə hala rast gəlməmişəm, belə bir problem yaşansaydı, sözsüz ki, məlumatım olardı. Bu sahədə nazirliyin araşdırma aparması belə düzgün deyil. Ən azından onu düşünmək lazımdır ki, müəllim də nazirlikdən maaş alır. Belə halla rastlaşsa, niyə aidiyyəti quruma xəbərdarlıq etməsin ki?!”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı