Modern.az

Mikroavtobus SOCAR yanacaqdoldurma məntəqəsinə çırpıldı - FOTO

Mikroavtobus SOCAR yanacaqdoldurma məntəqəsinə çırpıldı - FOTO

Aktual

17 Dekabr 2019, 20:30

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda avtomobil qəzası baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İmirhəsənli kəndində baş verib.

Məlumata görə, İmirhəsənli kənd sakini idarə etdiyi “Mercedes-Benz Vito” markalı avtomobilin idarəetməsini itirərək SOCAR yanacaqdoldurma məntəqəsinə çırpılıb.   

Hadisə nəticəsində avtomobilin sürücüsü və yanacaqdoldurma məntəqəsinin daxilində fəaliyyət göstərən mağazanın satıcısı ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürən briqadası cəlb olunub.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi  araşdırmaya başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı