Modern.az

Paytaxtın bu ərazilərində su olmayacaq

Paytaxtın bu ərazilərində su olmayacaq

Aktual

18 Dekabr 2019, 10:24

Bakının bir sıra yerlərində bu gün su olmayacaq.

 

Bu barədə Modern.az-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 18 dekabr 2019-cu il tarixində gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı