Modern.az

“Gəncədə son bir neçə ayda 100-dən artıq küçə asfaltlanıb” - icra başçısı

“Gəncədə son bir neçə ayda 100-dən artıq küçə asfaltlanıb” - icra başçısı

Aktual

18 Dekabr 2019, 12:45

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

 

Görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərin həlli istiqamətində tapşırıqlar verilib.

Məhəllədaxili yolların asfaltlanması, ara küçələrdə işıqlandırma sisteminin qurulması, uşaqlar üçün oyun meydanşaçısının yaradılması, işlə təminat, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi, sənədləşmə və s. məsələlərlə bağlı olub.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Gəncədə son bir neçə ayda 100-dən artıq küçə asfaltlanıb, şəhərin müxtəlif ərazilərində 1000-dən çox yeni işıq dirəyi quraşdırılıb. Bu istiqamətdə işlər növbəti ildə də görüləcək. Həmçinin 2020-ci ildə Gəncədə bələdiyyələr tərəfindən məhəllələrin abadlaşdırılması prosesi də davam edəcək.

Görüşdə sakinlərin şəxsi müraciətləri də dinlənilib. Dilə gətirilən məsələlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

 

Mütəmadi görüşlərin keçirilməsini müsbət qarşılayan şəhər sakinləri ölkə başçısı və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı