Modern.az

Deputatlar Özbəkistana gedirlər 

Deputatlar Özbəkistana gedirlər 

Aktual

18 Dekabr 2019, 12:50

 

V çağırım Milli Məclisin deputatları sabah Özbəkistana gedirlər.

 

Modern.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü, deputat Cavanşir Paşazadə Özbəkistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dekabrın 19-da bu ölkənin paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər. 

 

Deputatlar seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişatı zamanı ölkə vətəndaşlarının fəallığını izləyəcəklər.

 

Səfər dekabrın 24-də başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı