Modern.az

50 uşaq eyni vaxtda sünnət olundu

50 uşaq eyni vaxtda sünnət olundu

Aktual

18 Dekabr 2019, 15:35

Füzulidə aztəminatlı, cəbhə bölgəsində yaşayan və əlil ailələr üçün

sünnət aksiyası keçirilib. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən xeyriyyə aksiyasında aztəminatlı, cəbhə bölgəsində yaşayan və əlil ailələrindən olan 50 uşaq cəlb olunub.

Modern.az-ın məlumatına görə, Füzuli rayonunda yerləşən Diaqnostika Mərkəzində 3 cərrah-həkimi tərəfindən edilən əməliyyatların hamısı uğurlu keçib. Sünnət olunan uşaqlara müxtəlif hədiyyələr verilib.

Xəstəxananın direktoru Şaiq Şükürov deyib: Biz aztəminatlı ailələrə yardım məqsədilə bu aksiyanı keçiririk.  Bizim rayonda artıq bir neçə ildir ki,  belə aksiyalar keçirilir".

Qeyd edək ki, Füzuli  rayon ərazisində belə aksiyalar mütəmadi olaraq keçirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı