Modern.az

Tovuzda fermaya mərmi düşüb?

Tovuzda fermaya mərmi düşüb?

Aktual

18 Dekabr 2019, 18:54

Dekabrın 17-də saat 16:05-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 16:13-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Aşağı Öysüzlü kəndində mərminin tapılması barədə məlumat daxil olub.

 

ANAMA-dan Modern.az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Tovuz Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib. Ərazidə yerləşən fermanın sahibi Solmaz Mehdiyeva bir neçə il əvvəl həmin əraziyə mərminin düşdüyünü bildirib.

 

Dekabrın 17-18-də ferma ərazisinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində xüsusi dərinlik ölçən cihazla yoxlanılıb. Lakin heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb, məlumatların yanlış olduğu müəyyənləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı