Modern.az

“Liverpul” finala yüksəldi

“Liverpul” finala yüksəldi

Aktual

18 Dekabr 2019, 23:57

Qətərdə keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsi başa çatıb.

Modern.az  xəbər verir ki, ikinci finalçı İngiltərə “Liverpul”u ilə Meksika “Monterrey”i arasında matçda müəyyənləşib.

Görüşün taleyinə Avropa təmsilçisinin son dəqiqə qolu aydınlıq gətirib.

Finala yüksələn “Liverpul” dekabrın 21-də Braziliyanın “Flamenqo” klubu ilə görüşəcək. Həmin gün baş tutacaq 3-cü yer uğrunda qarşılaşmada “Monterrey” Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə üz-üzə gələcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı