İlin sonunadək Kürdəmir, Ağcabədi və Tovuzda “ASAN xidmət” mərkəzlərinin açılması planlaşdırılır.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O xatırladıb ki, bir müddət əvvəl Şamaxıda “ASAN xidmət” mərkəzi açılıb:
“Dövlət başçısının əsas tapşırığı ondan ibarətdir ki, “ASAN xidmət” qısa müddət ərzində bütün regionları əhatə etməlidir”.