Modern.az

İcra başçısı sakinləri ayaq üstə dinlədi - FOTO  

İcra başçısı sakinləri ayaq üstə dinlədi - FOTO  

Aktual

19 Dekabr 2019, 16:05

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov növbəti  səyyar görüşünü Qaşaltı Qaraqoyunlu kənd  sakinləri ilə keçirib.

 

Modern.az xəbər verir ki, Qaşaltı Qaraqoyunlu kənd Mədəniyyət Evində təşkil olunan  görüşdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, ŞİHB-nin Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, kənd Bələdiyyəsinin sədri, hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və kənd  sakinləri iştirak ediblər.

 

Görüşdə şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verdi və  qeyd etdi ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.

 

Səyyar qəbul  zamanı kənd sakinləri  onları narahat edən məsələlər şəhər rəhbərinin nəzərinə çatdırıblar. Səsləndirilmiş hər bir müraciətə aydınlıq gətirilmiş, bəzi məsələlər yerində həllini tapmış, müəyyən vaxt tələb edən digər müraciətlərin həlli ilə bağlı aidiyyəti  qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

 

Görüşün sonunda kənd sakinləri   onlara   göstərilən   diqqət  və   qayğıya   görə   cənab   Prezident İlham Əliyevə  və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı