Modern.az

Yevlaxın həbs edilən sabiq icra başçısının da ORDENİ varmış

Yevlaxın həbs edilən sabiq icra başçısının da ORDENİ varmış

Aktual

20 Dekabr 2019, 11:09

Ağstafanın icra başçısının ardınca Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun da Dövlət Təhlükəsizli Xidməti (DTX) tərəfindən saxlanılması ictimaiyyət arasında icra başçıları haqqında mənfi rəyi gücləndirib.

DTX-ın yaydığı məlumatda korrupsiyaya görə həbs olunduğu vurğulanan Qoca Səmədov da dövlət təltifinə malik imiş.

Modern.az-ın məlumatına görə, həbs olunan eks-icra başçısı 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunubmuş.

Qoca Səmədov 18 fevral 2011-ci il tarixindən 31 oktyabr 2019-cu il tarixinə kimi Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsində çalışıb.
O da 2004-cü ildən hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı