Modern.az

Saxlanıldığı deyilən icra başçısının müavini DANIŞDI

Saxlanıldığı deyilən icra başçısının müavini DANIŞDI

Aktual

20 Dekabr 2019, 13:06

Ağstafa rayon icra başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, icra başçısının müavini Unikal.org-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

 

“Mənim baş verən prosseslərlə heç bir bağlılığım yoxdur. Nə istintaqa çağırılmışam, nə də ki, həbs olunmuşam. Mən işimin başındayam. Hazırda başçının müavini vəzifəsini icra edirəm”.

 

Qeyd edək ki, Lalə Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı