Modern.az

Keçmiş məmur həbs olundu

Keçmiş məmur həbs olundu

Aktual

30 Dekabr 2019, 14:10

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin keçmiş direktoru Anar Rəsulov həbs edilib.

 

Modern.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, A.Rəsulov 2016-2018-ci illərdə NİİM-in şöbə müdiri, 2018-ci ilin mayından sentyabr ayına qədər direktor müavini, həmin vaxtdan 2019-cu ilin aprelinə kimi direktor vəzifəsində işləyib.

 

A.Rəsulov dələduzluqla itiham edilərək saxlanılıb, cinayət işinin istintaqı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır. Sabiq direktor barəsində dekabrın 7-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

A.Rəsulov bir qrup şəxslə əlbir olaraq BNA-nın işçisi Fuad İsmayılovun və NİİM-in əmlakını ələ keçirməkdə ittiham olunur.

 

Qeyd edək ki, NİİM BNA-nın tabeliyində MMC kimi fəaliyyət göstərir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı