Modern.az

Bakıda ağır qəza: ölən var

Bakıda ağır qəza: ölən var

Aktual

30 Dekabr 2019, 20:19

Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, dekabrın 29-da saat 14 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Sabirabad rayon sakini O.Kərimovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini N.Məmmədovun idarə etdiyi avtomobillər toqquşub.

Nəticədə O.Kərimovun sərnişini olan arvadı Gülxar Səməd qızı hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...