Modern.az

Paşinyan Süleymaninin qətlinə görə ABŞ-ı təbrik etdi - İRANDAN REAKSİYA

Paşinyan Süleymaninin qətlinə görə ABŞ-ı təbrik etdi - İRANDAN REAKSİYA

Aktual

3 Yanvar 2020, 23:52

Bu gün erməni jurnalist Diana Arutunyan öz feysbuk səhifəsində şok məlumat yayıb.

Modern.az  xəbər verir ki, jurnalist yazsında Ermənistan Baş naziri Nikol Paşinyanın əfsanəvi general, Qüds briqadasının komandanı Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik etdiyini qeyd edib.

Cümə axşamı ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanın Baş naziri Nikol Paşinyandan rəsmi təbrik qəbul edib. Paşinyan təbrikində terrorla bundan sonrakı mübarizədə uğurlar arzu edib.

“Ermənistan ABŞ-ın İraqda beynəlxalq terrora qarşı mübarizəsindəki nailiyyətləri alqışlayır. İntiqam bütün terroçuları haqlayacaq. Bir daha təbrik edirəm”, - deyə Paşinyanın məktubunda qeyd olunub.

İran Xarici İşlər Nazirliyi Ermənistan rəhbərinin təbrik məktubuna reaksiya verərək, “Paşinyanı Ermənistan xalqının seçdiyi və İranda heç kimin erməni xalqını təhqir etmək istəmədiyi” bildirilib.

“Erməni xalqının terrorla mübarizəyə dəstək istəyinə və bizi terror mənbəyi qismində görməsinə cavab olaraq, biz Azərbaycan və Türkiyə Respublikalarının ərazi bütövlüyünü dəstəkləyəcəyik”, - deyə İran XİN bəyan edib.

Qeyd edək ki, bu, Diana Arutunyanın yaydığı məlumatdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı