Modern.az

165 nəfər naməlum xəstəliyə yoluxdu

165 nəfər naməlum xəstəliyə yoluxdu

Aktual

4 Yanvar 2020, 00:09

Çində 165 nəfər naməlum xəstəliklə bağlı tibbi nəzarət altına alınıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ilk olaraq yeni dəniz məhsullarının satıldığı bazarda işləyən şəxslərdə aşkar olunan xəstəliyə diaqnoz qoya bilmirlər. Belə ki, insanlarda yüksək temperatur, nəfəs almaqda çətinlik yaranır. Bu xəstəliyin ağciyərlərə də təsir etdiyi bildirilir.

İndiyədək bu xəstəliyə 44 nəfər yoluxub, onlardan 11-nin vəziyyəti ağırdır. Həmin şəxslərlə ünsiyyətdə olan daha 121 nəfər də tibbi nəzarətə götürülüb.

Həmin şəxslər təcrid olunan xəstəxanada müalicə olunurlar. Müayinələr zamanı bu xəstəliyin qrip, quş qripi olmadığı müəyyən edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı