Modern.az

Elmar Məmmədyarov Cavad Zəriflə müzakirə apardı

Elmar Məmmədyarov Cavad Zəriflə müzakirə apardı

Aktual

4 Yanvar 2020, 20:22

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif ilə telefon danışığı aparıb.

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, telefon danışığı zamanı nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır.

E.Məmmədyarov general Qasem Soleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin başsağlığı bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!