Modern.az

Güclü qar fırtınası gözlənilir

Güclü qar fırtınası gözlənilir

Aktual

4 Yanvar 2020, 23:47

Kanadanın Atlantik okeanı sahillərində yerləşən əyalətlərində güclü qar fırtınasının olacağı gözlənilir.

Modern.az xəbər verir ki, bu haqda Kanadanın milli meteoroloji bürosu xəbərdarlıq edib.

Məlumata əsasən, Yeni Şotlandiya, Nyufaundlend və Labrador əyalətlərində güclü qar yağacaq, qarın hündürlüyü 20-40 sm olacaq ki, bu da aylıq yağıntı miqdarının dördə bir hissəsini təşkil edəcək. Küləyin ara-sıra 80 km saata qədər yüksələcəyi bildirilir.

Adəti üzrə belə hava şəraiti bu bölgələrdə elektik xəttlərinin zədələnməsinə, yol-nəqliyyat hadisələrinin sayının çoxalmasına, yerli hava limanlarının fəaliyyətinin pozulmasına səbəb olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı