2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4,8 milyard manat investisiya yatırılıb, bu isə 2018-ci ilin analoji dövrü (5,3 milyard manat) ilə müqayisədə 10,41 faiz daha azdır.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ən çox investisiya sentyabr ayında qeydə alınıb - 537,9 milyon manat, ən az isə fevralda - 358,9 milyon manat.
Neft-qaz sektorunun əsas kapitalına yönəldilən vəsaitlərin müqayisə cədvəli:
| Yanvar-Noyabr 2019 il milyon manat | Yanvar-Noyabr 2018 il milyon manat | |
| Yanvar | 362,0 | 597,6 |
| Fevral | 358,9 | 410,9 |
| Mart | 373,9 | 404,5 |
| Aprel | 422,4 | 465,5 |
| May | 399,5 | 475,2 |
| İyun | 442,2 | 473 |
| İyul | 418,5 | 499,7 |
| Avqust | 484,1 | 646,2 |
| Sentyabr | 537,9 | 458,8 |
| Oktyabr | 471,5 | 498 |
| Noyabr | 529,6 | 403,8 |
Qeyd edək ki, 2018-ci ildə neft və qaz sektoruna demək olar ki, 6 milyard manat investisiya yatırılıb.