Modern.az

Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi başa çatdı

Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi başa çatdı

Aktual

5 Yanvar 2020, 14:00

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi üçün ayrılan müddət başa çatıb.

 

Modern.az-ın məlumatına görə, Seçki Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidir.

 

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu müddət yanvarın 5-dək olan dövrü əhatə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı