Modern.az

İrandan müalicədən qayıdan Azərbaycan vətəndaşları yol qəzasında ölüb

İrandan müalicədən qayıdan Azərbaycan vətəndaşları yol qəzasında ölüb

Aktual

5 Yanvar 2020, 17:10

Ər və arvad olan iki Azərbaycan vətəndaşı İran İslam Respublikasında yol qəzası nəticəsində ölüb.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, hadisə bu gün günorta saatlarında İranın Ərdəbil şəhəri ərazisində qeydə alınıb. 

 

Belə ki, İrana müalicə məqsədi ilə gedən Biləsuvar rayon Çaylı kənd sakinləri - 1956-ci il təvəllüdlü Kərimov Mürşüd Səftər oğlu və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Kərimova Müşkinaz İbrahim qızı Azərbaycana qayıdan zaman yol qəzasına düşüblər. Nəticədə hər iki şəxs dünyasını dəyişib.

 

Onlar sabah doğulduqları Çaylı kənd qəbiristanlığında dəfn ediləcəklər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı