Modern.az

Yolu keçmək istəyən piyadanı maşın vurub öldürdü

Yolu keçmək istəyən piyadanı maşın vurub öldürdü

Aktual

5 Yanvar 2020, 18:05

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

 

Modern.az xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.

 

Belə ki, rayonun Kür kənd sakini 1983-cü il təvəllüdlü Vəliyev Müşviq Tarverdi oğlu yolu keçmək istəyərkən onu "VAZ-21015" markalı minik avtomobili vurub. O, hadisə yerinə cəlb edilən təcili tibbi yardım birqadasının köməkliyi ilə xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...