İran hökuməti nüvə razılaşmasındakı öhdəliklərinin heç birinə əməl etməyəcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, İran hökuməti adından yayılan açıqlamaya görə, İran bundan sonra uranın zənginləşdirilməsi, saxlanması, araşdırılması və inkişaf etdirilməsi ilə bağlı heç bir öhdəliyə əməl etməyəcək.
İran hökuməti, həmçinin, sentrifuqaların sayı ilə bağlı heç bir məhdudiyyət tətbiq etməyəcəyini, ölkənin nüvə proqramının texniki ehtiyaclara uyğun tətbiq ediləcəyini açıqlayıb.
İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işləməyə davam edəcəyini, sanksiyaların ləğvi və maraqların təmin ediləcəyi halda Tehran rəhbərliyinin razılaşmaya qayıtmağa hazır olduğunu bəyan edib.