Modern.az

Süleymaninin cənazəsi Tehrana aparıldı

Süleymaninin cənazəsi Tehrana aparıldı

Aktual

6 Yanvar 2020, 11:03

ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülən general Qasım Süleymaninin cənazəsi ötən gecə Tehrana gətirilib.

 

Modern.az xəbər verir ki, Süleymani üçün Ayətullah Xamneyinin rəhbərliyi ilə Tehran Universitetində cənazə namazı qılınıb. 

 

Cənazə namazından sonra Süleymanin və digərlərinin nəşi “İnqilab” meydanından Tehranın “Azadi” meydanına kimi vida yürüşü ilə Qum şəhərinə göndəriləcək. Burada vida mərasimi bitdikdən sonra Qasım Süleymaninin cənazəsi dəfn üçün Kirman şəhərinə yola salınacaq.

 

Əbu Mehdi Mühəndisin cənazəsi isə Nəcəfə yola salınacaq və Vadius-Salam qəbiristanlığında dəfn ediləcək.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!