Modern.az

Tbilisidən Bakıya gələn qatar yolda xarab oldu

Tbilisidən Bakıya gələn qatar yolda xarab oldu

Aktual

6 Yanvar 2020, 12:24

Tbilisidən Bakıya hərəkət edən sərnişin qatarında gecikmə olub.

 

Modern.az xəbər verir ki, bu barədə Oxu.Az-a qatarda olan sərnişinlər məlumat verib. 

 

Bildirilib ki,  gecikməyə səbəb kimi sıxlığın çox olması ilə bağlı qoşulmuş əlavə vaqonlarda yaranmış nasazlıq göstərilib.

 

Dünən axşam 20:35-də Tbilisdən hərəkət edən qatar 07:20-də Bakıda çatmalı olduğu halda, amma qatar 12:12-də mənzil başına çatıb.

 

 “Azərbaycan Dəmir Yolları” QSC-dən saytımıza bildirilib ki, hazırda məsələ barədə araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı