Modern.az

Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

Aktual

6 Yanvar 2020, 13:52

Yanvarın 7-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu  gecə 3-7° isti, gündüz  8-11° isti, Bakıda  gecə 5-7° isti, gündüz  9-11° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək  768 mm  civə sütunundan 764 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-65% olacaq.    

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi  yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz  8-12°  isti, dağlarda gecə 5-10° şaxta, gündüz  2-7° isti olacaq.

 

T.İSMAYIL

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı