Modern.az

İranda baş verən yol qəzasında 4 Azərbaycan vətəndaşı ölüb

İranda baş verən yol qəzasında 4 Azərbaycan vətəndaşı ölüb

Aktual

6 Yanvar 2020, 14:37

İranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd Azərbaycan vətəndaşı ölüb.

 

Modern.az APA-nın Tehran bürosuna istinadla məlumat verir ki, Ərdəbil əyalətinin yol polisi hadisənin Rəzi-Ərdəbil maqistral yolunda baş verdiyin bildirib. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.

Polisin bildirdiyinə görə, "Samand" markalı avtomobil ilə "Peugeot" markalı avtomobilin toqquşması nəticsəində baş verən hadisədə xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Hadisənin baş verməsinə yolun sürüşkən olması səbəb olub.

 

Bildirilir ki, ölənlərin ikisi İrana müalicə məqsədi ilə gedən Biləsuvarın Çaylı kənd sakinləri, 1956-cı il təvəllüdlü Mürşüd Kərimov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Müşkünaz Kərimovadır.

Digər iki nəfərin şəxsiyyəti hələlik məlum deyil.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı