Modern.az

Gəncədə keçmiş məhkumdan “Makarov” tapançası götürüldü

Gəncədə keçmiş məhkumdan “Makarov” tapançası götürüldü

Aktual

6 Yanvar 2020, 16:00

Gəncədə keçmiş məhkumdan tapança götürülüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

 

Gəncə şəhəri Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş B.Səmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...