Modern.az

“Millinin bəzi futbolçularının bukmeker kontorları ilə əlaqəsi var” - PFl-nın Prezidenti

“Millinin bəzi futbolçularının bukmeker kontorları ilə əlaqəsi var” - PFl-nın Prezidenti

Aktual

6 Yanvar 2020, 16:08

Millinin formasını geyinən bəzi futbolçuların bukmeker kontorları ilə əlaqəsi var.

 

Modern.az-ın məlumatına görə, belə bir iddia ilə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çıxış edib. O, AFFA rəhbərliyinin bağlı qapılar arxasında keçirilən toplantısında bu haqda danışıb və konkret ad(lar) çəkib.

 

PFL-in birinci şəxsi bildirib ki, həmin oyunçu(lar) barədə konkret faktlar var, amma nədənsə adları ictimaiyyətdən gizli saxlanılır.

 

AFFA-nın baş katibi Elxan Məmmədov məsələdən xəbərdar olduğunu, lakin o futbolçuların millinin deyil, öz klublarının oyunlarına pul qoyuluşu etdiyini deyib. Lakin federasiya rəsmisi hansı səbəbdən onların adlarının "qara siyahı"ya salınmadığını açıqlamayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı