Modern.az

ABŞ ordusuna hücum: 3 hərbçi öldü

ABŞ ordusuna hücum: 3 hərbçi öldü

Aktual

6 Yanvar 2020, 19:44

ABŞ-ın Keniyadakı hərbi bazasına silahlı hücum olub.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı ABŞ Silahlı Qüvvələrinin Afrikadakı komandanlığı yayıb.

Bildirilir ki, hücum nəticəsində ABŞ-ın 1 hərbi qulluqçusu və Pentaqonun 2 amerikalı nümayəndəsi qətlə yetirilib.

 

Terror hücumuna görə məsuliyyəti Somalidəki “Hərəkat əş-Şəbab” qruplaşması öz üzərinə götürüb. Qısamüddətli atışma nəticəsində terrorçu qrupun 4 silahlı üzvü də öldürülüb.

ABŞ Silahlı Qüvvələrinin Afrikadakı komandanlığının rəhbəri Stiven Taunsend deyib: “Bu gün həlak olmuş komanda yoldaşlarımızın ruhuna onların ailələri və dostları ilə birlikdə biz də dua edirik”.

 

S.Taunsend bildirib ki, bu hücuma görə məsuliyyət daşıyanlar, amerikalılara və ABŞ-ın mənafeyinə zərər vurmağa çalışanlar törətdikləri cinayətlərə görə cavab verəcəklər.

Terror aktı nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi də sıradan çıxarılıb, ABŞ Müdafiə Nazirliyinin 2 əməkdaşı yaralanıb.

Komandanlığın məlumatında o da qeyd edilir ki, yaralananlar Keniyadan təxliyə edilib, vəziyyətləri sabitdir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı