Modern.az

Bakıda iki avtobus toqquşdu

Bakıda iki avtobus toqquşdu

Aktual

6 Yanvar 2020, 21:54

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

35 və 40 saylı marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusları toqquşub. Qəza zamanı avtobusda olan sərnişin, 1968-ci il təvəllüdlü İsmayılova Gülbəniz Lətif qızı xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona sol biləyin və qolun əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!